İran parlamentinin komitəsi rial nominalına dair qanun layihəsini təsdiqləyib
sizinxeber.az xəbər saytı

İran parlamentinin komitəsi rial nominalına dair qanun layihəsini təsdiqləyib


İran Məclisinin (birpalatalı parlament) İqtisadiyyat Komitəsi rialın adını dəyişdirmədən yenidən denominasiyası haqqında qanun layihəsini təsdiqləyib.

“Report” xəbər verir ki, bu barədə komitənin rəhbəri Şəmsəddin Hüseyni məlumat verib.

Ş. Hüseyni qeyd edib ki, hökumətin layihəsində pul vahidinin adının “riyal”dan “tümən”ə dəyişdirilməsi də təklif edilib, lakin Mərkəzi Bank haqqında qanuna əsaslanaraq, komitə bu yeniliyin əleyhinə səs verib:

“Komitənin bugünkü qərarında hökumətin təşəbbüsü qəbul edilib və məclisin əvvəlki qərarı təsdiqlənib. Valyuta islahatı kəmiyyət baxımından qüvvədə qalır, “yeni valyutanın vahidi” hazırkı 10.000 riala ekvivalent olacaq.

Eyni zamanda, əvvəlki fərmana uyğun olaraq, kran adlanan əlavə pul vahidləri təsdiq edilib. Beləliklə, hər yeni rial 10 min cari riala, hər yeni rial isə 100 krana bərabər olacaq”.

Oxşar xəbərlər

İran rialın denominasiyasını keçirməyi planlaşdırır
​​​​​​​İran Mərkəzi Bankı rəqəmsal rial dövriyyəyə buraxır
Ermənistan parlamentinin komitəsi Aİ-yə üzvlük prosesi ilə bağlı qanun layihəsini təsdiqləyib
ABŞ Senatı büdcə haqqında qanun layihəsini gecikmə ilə qəbul edib
Polşa lideri prezident seçkilərinin nəticələrinin təsdiqi üçün yeni proseduru bloklayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər