İran “Nüvə silahının yayılmaması haqqında” müqavilədən çıxa bilər
İran Məclisinin (birpalatalı parlament) Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvlərinin əksəriyyəti ABŞ-ın bir gecədə İranın nüvə obyektlərinə zərbələr endirməsi fonunda respublikanın “Nüvə silahının yayılmaması haqqında” müqavilədən çıxmasının lehinə çıxış edib.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə komitənin nümayəndəsi İbrahim Rezai “Tasnim” agentliyinə müsahibəsində bildirib.
“Komitə üzvlərinin əksəriyyəti MAQATE-nin fəaliyyətini kəskin tənqid edərək, agentliklə əməkdaşlığı dayandırmağa çağırıblar. Bundan əlavə, parlamentin növbəti iclasının gündəliyinə daxil edilməsi planlaşdırılan komitə üzvlərinin tələbləri arasında “Nüvə silahının yayılmaması haqqında” müqavilədə iştiraka yenidən baxılması və İranın müqavilədən çıxması da var”, - deyə o bildirib.
Oxşar xəbərlər
İran bəzi nüvə obyektlərində AEBA-nın monitorinqini dayandıra bilər
İran Atom Enerjisi Təşkilatı: Nüvə sektorunu inkişaf etdirməyə davam edəcəyik
İran deputatları Təhlükəsizlik Şurasından nüvə silahının yaradılmasına icazə verməsini istəyib
İran XİN: Ölkənin nüvə obyektlərinə hücum uzunmüddətli nəticələrə səbəb olacaq
İran nüvə silahının yaradılması üçün texniki imkanlara malik olduğunu açıqlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













