İranda humanitar missiya ilə ölkəyə daxil olan Türkiyə vətəndaşı itkin düşüb
sizinxeber.az xəbər saytı

İranda humanitar missiya ilə ölkəyə daxil olan Türkiyə vətəndaşı itkin düşüb


İranda Türkiyə vətəndaşı itkin düşüb.

“Sizinxeber.az” “Azad Iran" teleqram kanalına istinadən xəbər verir ki, bu barədə itkin düşən Serkan Erenin təsis etdiyi Ştutqartda yerləşən “Stelp” xeyriyyə təşkilatı məlumat yayıb.

Məlumata görə, o, 2025-ci il iyunun 23-də İrana humanitar səfərdən sonra itkin düşüb və qurum hələ də onunla əlaqə saxlaya bilmir. Qeyd olunur ki, S.Erenin Almaniyadan İrana maliyyə yardımı çatdırmaq üçün humanitar missiya ilə getdiyi, iyunun 28-də ölkəni tərk etməli olduğu, lakin o, bunu etmədiyi və o vaxtdan onunla əlaqə kəsildiyi vurğulanır.

Təşkilat axtarışda Türkiyə rəsmilərinin iştirak etdiyini açıqlayıb.

Serkan Eren İrana səfərindən əvvəl Almaniyanın SWR xəbər agentliyinə verdiyi müsahibədə casusluq və ya təxribat ittihamlarından qaçmaq üçün özü ilə peyk telefonu, zirehli jilet və ya dəbilqə kimi təhlükəsizlik və ya rabitə avadanlığı götürməyəcəyini bildirib.

Oxşar xəbərlər

3 Hindistan vətəndaşı İranda itkin düşüb
Sumqayıtda 13 yaşlı qız itkin düşüb
Fransa vətəndaşı İranda itkin düşüb
Bakıda 68 yaşlı kişi itkin düşüb
Konqoda gəmi qəzasında 50 nəfər itkin düşüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle