Rusiyada “An-2” təyyarəsi sərt eniş edib, xəsarət alanlar var
sizinxeber.az xəbər saytı

Rusiyada “An-2” təyyarəsi sərt eniş edib, xəsarət alanlar var


Çitada (Rusiya Federasiyasının Zabaykal diyarı) “An-2” təyyarəsinin sərt eniş etməsi nəticəsində 10 nəfər xəsarət alıb, onlardan ikisinin vəziyyəti ağırdır.

“Sizinxeber.az”un xəbərinə görə, bu barədə TASS-a regionun səhiyyə naziri Oksana Nemakina məlumat verib.

Xəsarət alanlar Diyarın Klinik Xəstəxanasına çatdırılıb. Qeyd edilir ki, digər 8 nəfərin vəziyyəti orta ağırdır.

Nazir əlavə edib ki, həkimlər yaxın bir neçə saat ərzində bütün yaralıları müayinə edəcəklər.

Fövqəladə Hallar Nazirliyinin Zabaykal diyarı üzrə Baş İdarəsinin mətbuat xidməti bundan əvvəl An-2 təyyarəsinin Çita rayonunda sərt eniş etdiyini bildirib. Yüngül mühərrikli DOSAAF təyyarəsi havaya qalxdıqdan 16 dəqiqə sonra yerə enib. Təyyarədə 10 paraşütçü və 1 ekipaj üzvü olub.

Oxşar xəbərlər

Rusiyada AN-2 təyyarəsi qəza enişi edib, xəsarət alanlar var
“An-2” sanitar təyyarəsi Qazaxıstanda sərt eniş edib
Rusiyada sərnişin təyyarəsinin enişi zamanı problem yaşanıb
Rusiya təyyarəsi sərt eniş edib, yaralananlar var
Rusiyada helikopter qəzasında 3 nəfər ölüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər