“An-2” sanitar təyyarəsi Qazaxıstanda sərt eniş edib
sizinxeber.az xəbər saytı

“An-2” sanitar təyyarəsi Qazaxıstanda sərt eniş edib


Qazaxıstanın Arkalık şəhəri yaxınlığında qar fırtınası şəraitində “An-2” sanitar təyyarəsi sərt eniş edib.

“Sizinxeber.az” Qazaxıstan KİV-ə istinadən xəbər verir ki, bu barədə Kostanay vilayətinin Fövqəladə Hallar Departamenti məlumat yayıb.

"Bu gün Kostanay-Arkalık reysi ilə uçan “An-2” tibbi təyyarəsi güclü qar fırtınası şəraitində Arkalık şəhərindən 1,5 km məsafədə, hava limanı yaxınlığında sərt eniş edib", - məlumatda qeyd olunub.

Təyyarədə iki pilot və iki həkim olub. "Xilasedicilərin əlaqələndirilmiş və operativ fəaliyyəti sayəsində təyyarədə olan bütün şəxslər tez bir zamanda aşkar edilərək Arkalık şəhərinə çatdırılıb. Xəsarət alan yoxdur. Hadisənin təfərrüatları araşdırılır", - qurumdan bildirilib.

Oxşar xəbərlər

Rusiya təyyarəsi sərt eniş edib, yaralananlar var
Nyu York - Dehli reysi ilə uçan təyyarə Rusiyada təcili eniş edib
Honq Konq–London reysi ilə uçan təyyarə Bakıda məcburi eniş edib
Rusiyada AN-2 təyyarəsi qəza enişi edib, xəsarət alanlar var
İstanbul-Moskva təyyarəsi Həştərxanda məcburi eniş edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər