Aİ İranın cavab tədbirlərini genişləndirə biləcəyindən narahatdır
sizinxeber.az xəbər saytı

Aİ İranın cavab tədbirlərini genişləndirə biləcəyindən narahatdır


Avropa İttifaqı (Aİ) ölkələrinin xarici işlər nazirləri İranla bağlı diplomatik həll yolunun tapılmasına diqqət yetirirlər, onlar həmçinin cavab tədbirləri və münaqişənin gərginləşməsi ehtimalından narahatdırlar.

“Report”un Avropa bürosunun məlumatına görə, bu barədə Avropa İttifaqı (Aİ) diplomatiyasının rəhbəri Kaya Kallas Aİ Xarici İşlər Şurasının iclasından əvvəl jurnalistlərə bildirib.

O qeyd edib ki, xüsusi narahatlıq doğuran məsələ İranın Hörmüz boğazını bağlama ehtimalıdır - bu, bütün tərəflər üçün son dərəcə təhlükəli və əlverişsiz olardı: "Biz artıq İran ətrafındakı vəziyyəti müzakirə etdik. Lakin, şübhəsiz ki, bu müzakirəni davam etdirəcəyik. Biz Yaxın Şərqdəki vəziyyəti daha geniş kontekstdə müzakirə edirik".

Qəzzadakı vəziyyət və İsraillə Assosiasiya Sazişinin 2-ci maddəsi ilə bağlı suala cavabında, o, bu məsələ üzrə icmalın hazır olduğunu qeyd edib: "Bütün üzv dövlətlər onu alıb. Biz müzakirəni davam etdirəcəyik”.

Oxşar xəbərlər

Kaya Kallas: İranın Hörmüz boğazını bağlaması böyük təhdid olacaq
Aİ: İranın Hörmüz boğazını bağlaması son dərəcə təhlükəli olacaq
Ceyhun Bayramov və Kaya Kallas İsrail-İran qarşıdurmasını müzakirə edib
Kallas İran, İsrail və ABŞ-ni danışıqlar masasına qayıtmağa çağırıb
Kaya Kallas: Azərbaycan Avropa İttifaqı üçün önəmli tərəfdaşdır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle