Rəsmi Tehran: "ABŞ ilə nüvə danışıqları artıq mənasızdır"
sizinxeber.az xəbər saytı

Rəsmi Tehran: "ABŞ ilə nüvə danışıqları artıq mənasızdır"


İran hesab edir ki, İsrailin son hücumlarından sonra Vaşinqtonla Tehran arasında İranın nüvə proqramı ilə bağlı danışıqlar mənasını itirib.

Oxu.Az xəbər verir ki, bu barədə İranın "Tasnim" agentliyinə açıqlamasında ölkənin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai bildirib.

"Digər tərəf (ABŞ - red.) elə davrandı ki, danışıqlar əhəmiyyətini itirdi. Bir tərəfdən danışıqlara hazır olduğunu bəyan edib, digər tərəfdən isə sionist rejimin İrana zərbələr endirməsinə şərait yaratmaq - bu, ziddiyyətli yanaşmadır", - deyə iranlı diplomat vurğulayıb.

Xatırladaq ki, ABŞ və İran aprel ayından bəri Oman vasitəçiliyi ilə nüvə məsələsi üzrə dolayı danışıqlar aparırdı. Altıncı raundun bazar günü Maskatda keçirilməsi planlaşdırılsa da, İsrailin son raket hücumlarından sonra bu görüşün baş tutub-tutmayacağı sual altındadır.

Oxşar xəbərlər

İran XİN: ABŞ ilə nüvə dosyesi üzrə danışıqlar mənasızlaşıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
İran XİN: ABŞ ilə nüvə proqramı üzrə danışıqları davam etdirməyə hazırıq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Oman XİN: İsrailin İrana hücumu Tehranın nüvə proqramı üzrə danışıqlara mane olur [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bəqayi: Tehran ABŞ ilə nüvə danışıqlarını davam etdirəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bəqai: İran tezliklə ABŞ-yə nüvə proqramı ilə bağlı təkliflər təqdim edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle