Tehran nüvə proqramının inkişafını davam etdirəcəyini açıqlayıb
İran nüvə proqramını inkişaf etdirməyə davam etmək niyyətindədir.
“Report” “Tasnim” agentliyinə istinadən xəbər verir ki, bunu İranın Atom Enerjisi Təşkilatının (İAET) nümayəndəsi Bəhruz Kamalvəndi ABŞ-nin respublikanın nüvə obyektlərinə gecə endirdiyi zərbələri şərh edərkən deyib.
“Əvvəllər belə hallar olub ki, əlimizdə olan imkan və potensiala görə zədələri dərhal aradan qaldırmışıq. Təbii ki, bu sənaye bundan sonra da inkişaf etməlidir və onun inkişafı dayanmayacaq”, - Kamalvəndi bildirib.
Təşkilat nümayəndəsi vurğulayıb ki, ölkənin nüvə sənayesini tamamilə məhv etmək mümkün deyil:
“Onlar (ABŞ – red.) anlamalıdırlar ki, nüvə sənayesi ölkəmizdə dərin kök salıb və bu milli sənayenin kökünü qoparmaq mümkün deyil”.
Oxşar xəbərlər
İran Atom Enerjisi Təşkilatı: Nüvə sektorunu inkişaf etdirməyə davam edəcəyik
AEBA İranın nüvə obyektlərindəki vəziyyəti proqnozlaşdırmaqda çətinlik çəkir
İran əleyhinə qətnamə qəbul ediləcəyi təqdirdə Tehran AEBA ilə əməkdaşlığı azaldacaq
İran ABŞ-nin nüvə sazişi təklifinə yaxın günlərdə cavab verəcəyini vəd edib
İranın Atom Enerjisi Təşkilatı: Tehran atom proqramı üzərində işləri davam etdirəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













