İran ABŞ-nin nüvə sazişi təklifinə yaxın günlərdə cavab verəcəyini vəd edib
İran ABŞ-nin Tehranın nüvə proqramı ətrafında yaranmış vəziyyəti həll etmək təklifinə yaxın günlərdə cavab verəcək.
"Sizinxeber.az"un “Tasnim” agentliyinə istinadən xəbərinə görə, bu barədə İslam Respublikasının Atom Enerjisi Təşkilatının nümayəndəsi Behruz Kamalvəndi məlumat verib.
"İranın ABŞ-nin yazılı təklifinə cavabı demək olar, hazırdır və yaxın günlərdə təqdim olunacaq", - o deyib.
İyunun 1-də Ağ Evin mətbuat katibi Kerolayn Livitt bildirib ki, ABŞ Prezidentinin elçisi Stiven Uitkoff İran hakimiyyətinə Tehranın nüvə proqramı ilə bağlı "ətraflı və məqbul təklif" göndərib. “Axios” portalının məlumatına görə, təklif İranın daha sonra müəyyən olunacaq müddət ərzində uranı aşağı səviyyəyə qədər zənginləşdirməyə davam edə biləcəyini nəzərdə tutur. İyunun 7-də ABŞ Prezidenti Donald Tramp bildirib ki, İran uranı zənginləşdirməməlidir, əks halda Tehran Vaşinqtonun fəsadları ilə üzləşəcək.
Oxşar xəbərlər
İran ABŞ-ın nüvə sazişi ilə bağlı təklifinə yaxın günlərdə cavab verəcək
İran ABŞ-nin nüvə proqramı ilə bağlı təklifinə mənfi cavab hazırlayır
Tramp İranın nüvə sazişi təklifini qəbul edəcəyinə ümid bəsləyir
İran XİN: ABŞ sanksiyaların ləğvi ilə bağlı zəmanət verməyib
İran, Misir və BAEA nümayəndələri Qahirədə İranın nüvə proqramını müzakirə edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
İran nümayəndə heyəti İsveçrəyə gedib
