Paşinyan MTX-nin direktoru vəzifəsinin icraçısına “kadr təmizləmələri" aparmağı tapşırıb
sizinxeber.az xəbər saytı

Paşinyan MTX-nin direktoru vəzifəsinin icraçısına “kadr təmizləmələri" aparmağı tapşırıb


Ermənistan baş naziri Nikol Paşinyan Milli Təhlükəsizlik Xidmətinin (MTX) direktoru vəzifəsinin direktoru Andranik Simonyana güc strukturunda təmizləmələr aparmağı, "satqınları və hakimiyyətə düşmən elementləri aşkar etməyi" tapşırıb.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə Ermənistan KİV-i mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, Paşinyan "Taşir" şirkətlər qrupunun rəhbəri Samvel Karapetyanı həbs etmək əmrini yerinə yetirməkdən imtina edən MTX-nin direktoru Armen Abazyanı vəzifəsindən dərhal azad etsə də, güc strukturlarının fəaliyyətindən hələ də narazıdır.

Qeyd edək ki, Abazyan vəzifəsindən iyunun 18-də azad edilib.

Oxşar xəbərlər

Paşinyan güc strukturlarına din xadimləri haqqında məlumat toplamağı tapşırıb
"Formula 1"in yarış direktoru vəzifəsindən azad edilib
Mingəçevirdə iki məktəb direktoru vəzifəsindən azad edilib
Tramp Milli Təhlükəsizlik Agentliyinin direktoru vəzifəsindən azad edib
Paruyr Hovannisyan Ermənistan XİN başçısının müavini vəzifəsindən azad edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər