Rusiyada ağır yol qəzasında 6 nəfər ölüb
sizinxeber.az xəbər saytı

Rusiyada ağır yol qəzasında 6 nəfər ölüb


Rusiyanın İrkutsk vilayətində ağır yol qəzası baş verib, nəticədə 6 nəfər ölüb.

"Report"un Rusiya Daxili İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, hadisə gecə saatlarında Çeremxovo-Qolumet-Onot avtomobil yolunun 28-ci km-də, Alarski rayonunun Nıqda kəndi yaxınlığında baş verib.

İlkin məlumata görə, “Lada Qranta” markalı minik avtomobili eyni istiqamətdə hərəkətdə olan mini traktorla toqquşub. Nəticədə traktorun sürücüsü və 4 sərnişini hadisə yerində dünyasını dəyişib.

Minik avtomobilinin sürücüsü təcili yardım maşınında dünyasını dəyişib.

Hadisənin başvermə şəraiti müəyyənləşdirilir, araşdırma aparılır.

Oxşar xəbərlər

Tovuzda avtomobil traktorun qoşqusuna çırpılıb, sürücü ölüb
Şabranda minik və yük avtomobili toqquşub, iki nəfər ölüb
Xaçmazda avtomobil körpüdən aşaraq çaya düşüb, iki nəfər ölüb - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər