Şabranda minik və yük avtomobili toqquşub, iki nəfər ölüb
sizinxeber.az xəbər saytı

Şabranda minik və yük avtomobili toqquşub, iki nəfər ölüb


Şabranda rayonunda minik avtomobili və yük maşınının iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində iki nəfər ölüb.

“Sizinxeber.az”un Şimal bürosunun məlumatına görə, hadisə Bakı – Quba – Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun Şabran rayonu ərazisindən keçən hissəsində baş verib.

Belə ki, “Renault” markalı minik avtomobilinin və yük maşınının (TIR) toqquşması nəticəsində iki nəfər hadisə yerində ölüb.

Qəzaya səbəb kimi minik avtomobilinin qarşı hərəkət zolağına çıxması göstərilir.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Şabranda minik və yük avtomobili toqquşub, iki nəfər ölüb - FOTO - VİDEO
Astarada minik avtomobili motosikletlə toqquşub, ölən var
Kəlbəcərdə minik avtomobili betonqarışdıran maşınla toqquşub, ölən var
Şabranda avtomobil ağaca çırpılıb, iki qardaş ölüb
Gəncədə üç minik avtomobili toqquşub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle