Azərbaycan və Krasnoyarsk iqtisadi əməkdaşlığı gücləndirir
Rusiyanın Krasnoyarsk diyarından olan biznesmenlər Azərbaycanla maşınqayırma və metallurgiya, turizm, qida sənayesi və aqrar-sənaye kompleksi kimi sahələrdə əlaqələri genişləndirmək niyyətindədir.
“Report” Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə “İşgüzar Rusiya”nın Krasnoyarsk regional bölməsinin sədri Anton Jerebtsov regionun iş adamlarından ibarət nümayəndə heyətinin Bakıya işgüzar səfərinin yekunları üzrə açıqlamasında bildirib.
Onun sözlərinə görə, səfərin məqsədi dost ölkələrdəki tərəfdaşlarımızla iqtisadiyyatın müxtəlif sahələrində qarşılıqlı əlaqələri genişləndirməkdir: “Biz idxalı əvəz edən texnologiyaların cəlb edilməsində də fəal əməkdaşlıq edirik. Nümayəndə heyətinin üzvləri Azərbaycanın avtomobil və qida sənayesinin flaqmanları olan şirkətlərin imkanları ilə tanış olublar. Bundan əlavə, biz ölkələrimizin və onların regionlarının turizm potensialının perspektivlərini müzakirə etdik”.
Səfər çərçivəsində Krasnoyarsk diyarında fəaliyyət göstərən şirkətlərin rəhbərləri Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, Ticarət və Sənaye Palatasının, Azərbaycanın Rus İcmasının nümayəndələri, eləcə də ticarət nümayəndələri ilə görüş keçiriblər. Görüş iştirakçıları Yenisey Sibir regionları ilə Azərbaycan arasında qarşılıqlı əlaqə məsələlərini müzakirə ediblər.
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Türkiyə ABŞ ilə matçda hfasiləyə öndə yollanıb - YENİLƏNİR-4
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
-
AZAL-ın ilk yeni nəsil "Airbus A321neo" təyyarəsi Bakıya çatıb
