"Cəhənnəm Necati"nin adamları saxlanıldı
Türkiyənin hüquq-mühafizə orqanları cinayətkar aləmdə "Köln atası" və "Cəhənnəm Necati" ləqəbləri ilə tanınan Coşqun Necati Arabacının rəhbərlik etdiyi dəstənin Almaniya, Braziliya və İspaniyada narkotik qaçaqmalçılığında iştirak etdiyini müəyyənləşdirib.
Sizinxeber.Az Oxu.az-a istinadla xəbər verir ki, "Cəhənnəm Necati"nin rəhbər olduğu qruplaşmanın üzvləri narkotik qaçaqmalçılığından qaynaqlanan mübahisələrdə işgəncə və qəsdən adam öldürmə kimi cinayətlərdə də iştirak ediblər.
Dəstə üçün müntəzəm olaraq pul toplayan və bu vəsaitləri qruplaşmanın fəaliyyətləri üçün istifadə edən şübhəliləri müəyyənləşdirdikdən sonra İstanbul, İzmir və Tuncelidə eyni vaxtda əməliyyatlar keçirilib.
Əməliyyat zamanı 5 şübhəli şəxs saxlanılıb və cinayət yolu ilə əldə olunduğu bildirilən 22 əmlak, 7 nəqliyyat vasitəsi və 8 şirkətdəki səhmlər də daxil olmaqla təxminən 780 milyon türk lirəsi (təxminən 29.4 milyon manat) dəyərində aktivlər müsadirə edilib.
Şübhəli şəxslər dindirilmək üçün polis bölməsinə aparılıblar.
Qeyd edək ki, Türkiyənin İzmir şəhərində saxlanılan Arabacı ilə bağlı ötən ilin noyabrında maraqlı hüquqi proses başa çatıb.
Oxşar xəbərlər
Türkiyədə narkotiklərə qarşı əməliyyat nəticəsində 2 000-ə yaxın şübhəli saxlanılıb
İspaniyada dronlarla narkotik daşıyan dəstə zərərsizləşdirilib
İspaniyada yeddi ton kokaini müsadirə edilib
Kolumbiyada qadın narkotik vasitədən istifadə ilə turistləri soyub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
