Türkiyədə narkotiklərə qarşı əməliyyat nəticəsində 2 000-ə yaxın şübhəli saxlanılıb
Türkiyənin 72 əyalətində narkotiklərə qarşı iki həftə keçirilən əməliyyat nəticəsində 1 933 şübhəli saxlanılıb.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya sosial şəbəkədəki səhifəsində bildirib.
Nazir qeyd edib ki, Türkiyə Daxili İşlər Nazirliyi Təhlükəsizlik Baş İdarəsinin Narkotiklə Mübarizə İdarəsinin koordinasiyası ilə narkotik maddə satıcılarına qarşı son 2 həftədə əməliyyat keçirilib.
Bu tədbir Bursa, Adana, Qaziantep, İzmir, İstanbul və Ankara da daxil olmaqla 72 əyalətdə reallaşıb. Əməliyyat nəticəsində 927 kiloqram narkotik maddə, bir milyon 296 min ədəd narkotik həb ələ keçirilib.
Əli Yerlikayanın sözlərinə görə, əməliyyata üç min 720 dəstə, altı min 130 şəxsi heyət, 21 hava vasitəsi və 62 narkotik dedektoru it iştirak edib
Oxşar xəbərlər
Türkiyədə "Narkoçelik-37" əməliyyatı nəticəsində 227 şübhəli saxlanılıb
Türkiyənin 32 əyalətində İŞİD-ə qarşı əməliyyat keçirilib, 304 şübhəli saxlanılıb
Türkiyədə ölkə tarixinin ən böyük narkotik əməliyyatı keçirilib, 525 nəfər saxlanılıb
Türkiyədə 311,5 kiloqram narkotik maddə ələ keçirilib
Türkiyənin 47 əyalətində İŞİD-ə qarşı əməliyyat keçirilib, 298 nəfər saxlanılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













