Tramp Starmeri tənqid etdi: Həddən artıq onlardan asılıdır
ABŞ Prezidenti Donald Tramp Böyük Britaniyanın Baş naziri Keyr Starmerin qərar qəbul edərkən müşavirlərinə həddən artıq güvənməkdə ittiham edib.
Far.Az xəbər verir ki, Tramp mətbuat konfransında çıxışı zamanı Böyük Britaniyanın Körfəz bölgəsinə hərbi gəmi göndərməsi ilə bağlı məsələni xatırladıb.
Onun sözlərinə görə, Starmer bu məsələ ilə bağlı komandasının fikrini öyrənmək üçün görüş keçirməli olduğunu bildirib. Tramp isə Baş nazirin belə qərarlar üçün komanda ilə məsləhətləşməyə ehtiyac duymadığını deyib:
“Böyük Britaniyanın Baş naziri dünən mənə dedi ki, qərar vermək üçün komandamla görüşəcəyəm. Mən isə dedim ki, komandayla görüşməyə ehtiyac yoxdur, siz Baş nazirsiniz və öz qərarınızı verə bilərsiniz”.
Qeyd edək ki, daha öncə Tramp açıqlamasında Britaniyanın Hörmüz boğazı ətrafında beynəlxalq dəniz koalisiyasının yaradılması təşəbbüsünə istəksiz yanaşdığını bildirib.
Oxşar xəbərlər
Tramp Britaniyanın Baş naziri ilə görüşü təxirə sala bilər
ABŞ Prezidenti: Rusiya üçün yeni son tarix 10-12 gün olacaq
Böyük Britaniyanın Baş naziri Trampla ABŞ-yə planlaşdırılan səfərini müzakirə edib
Tramp Putinlə gələcək təmaslarda o qədər də maraqlı olmadığını bildirib
Tramp Rusiyanı 50 gün atəşkəs müddətini azaltmaqla hədələyib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Tramp Qətərin ona bağışladığı nəhəng təyyarəni göstərdi - Video
