Zelenski: Ukrayna Ordusu Kursk vilayətində əməliyyatı davam etdirir, qoşunlarımız mühasirədə deyil
Rusiya ordusu Ukraynanın şərq sərhədi boyunca qüvvələr toplayır ki, bu da Rusiya Federasiyasının Sumı vilayətinə zərbə endirmək istəyindən xəbər verir. Rusiyanın Kursk vilayətində Ukrayna qoşunları mühasirədə deyil.
APA xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırskinin məruzəsindən sonra Ukrayna prezidenti Volodimir Zelenski deyib.
O bildirib ki, Ukrayna Ordusu Kursk vilayətində əməliyyatı davam etdirir:
"Bölmələr tapşırıqları dəqiqliklə yerinə yetirir. Kursk vilayətindəki Ukrayna qüvvələri sayəsində xeyli sayda Rusiya qüvvələri başqa ərazilərə yönləndirilib. Qoşunlarımız Kursk vilayətində Rusiya və Şimali Koreyanın müvafiq qruplarını saxlamaqda davam edir. Qoşunlarımız mühasirəyə alınmayıb".
Zelenski həmçinin deyib ki, Rusiya qüvvələrinin artması onu göstərir ki, Moskva bundan sonra da diplomatiyaya məhəl qoymayacaq:
"Rusiyanın müharibəni uzatması göz qabağındadır. Biz tərəfdaşlarımıza cəbhədə, Kursk bölgəsində vəziyyətlə bağlı bütün real məlumatları verməyə hazırıq".
Oxşar xəbərlər
Zelenski: Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətində əməliyyatı davam edir, qoşunların mühasirəsi yoxdur
Rusiya MN: Ukraynanın Kursk vilayətində əks hücumu dəf edilib
Rusiya Ukrayna qoşunlarının Kursk vilayətində indiyə qədər verdiyi itkiləri açıqlayıb
Rusiya ordusu Kursk vilayətində genişmiqyaslı əks-hücum əməliyyatına başlayıb
Rusiya ordusu Kursk vilayətində 10-a yaxın yaşayış məntəqəsini azad edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













