ATƏT Baş katibi 2021-ci ildən bəri ilk dəfə Moskvaya səfər edib
sizinxeber.az xəbər saytı

ATƏT Baş katibi 2021-ci ildən bəri ilk dəfə Moskvaya səfər edib



ATƏT-in Baş katibi 2021-ci ildən bəri ilk dəfə Moskvaya səfər edib.

APA-nın Moskva müxbiri xəbər verir ki, ATƏT Baş katibi Feridun Sinirlioğlu Rusiya xarici işlər naziri Sergey Lavrovla danışıqlar aparıb.

Lavrov və Sinirlioğlu Ukraynada nizamlanma, ATƏT-in Avrasiya təhlükəsizlik arxitekturasında mümkün iştirakı və Ukrayna münaqişəsi zonasında jurnalistlərin vəziyyətini müzakirə ediblər.

Rusiya XİN başçısı Ukraynada sülhməramlıların yerləşdirilməsi ideyasını yenə tənqid edib. O, Ukrayna prezidenti Volodimir Zelenskinin nizamlanmanı istəmədiyini bildirib.

Lavrov həmçinin Suriyadakı vəziyyət barədə danışıb. O vurğulayıb ki, Moskva Suriyada zorakılığın baş verməsini qəbuledilməz və Suriya hakimiyyətinin vədlərini pozduğunu hesab edir.

ATƏT-in Baş katibinə Ukrayna PUA-larının Moskva vilayətinə kütləvi hücumunun nəticələri göstərilib.

Oxşar xəbərlər

Sergey Lavrov martın 11-də Moskvada ATƏT-in baş katibi ilə danışıqlar aparacaq
Lavrov Ukrayna müharibəsi başlayandan bəri ilk dəfə Aİ ölkəsinə səfər edib
Ceyhun Bayramov ATƏT Baş katibi ilə Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edib
Türkiyəli diplomat ATƏT-in yeni Baş katibi təyin edilib
Türkiyənin sabiq xarici işlər naziri ATƏT-in yeni baş katibi olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər