Bu gündən Türkiyə ilə sərhəddə yerləşən “Marqara” keçid məntəqəsində Ermənistan hərbçiləri xidmət aparacaq
sizinxeber.az xəbər saytı

Bu gündən Türkiyə ilə sərhəddə yerləşən “Marqara” keçid məntəqəsində Ermənistan hərbçiləri xidmət aparacaq


Bu gündən etibarən Ermənistanın Türkiyə ilə sərhəddə yerləşən “Marqara” keçid məntəqəsində Ermənistan sərhədçiləri xidmət aparacaq.

Sizinxeber.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Nikol Paşinyan məlumat yayıb.

Ermənistanla Türkiyə arasında dövlət sərhədinin bağlanması səbəbindən “Marqara” keçid məntəqəsi fəaliyyət göstərmir.

2022-ci ilin yayında Ermənistan Respublikası hökumətinin qərarı ilə keçid məntəqəsi təmir olunub və orada Rusiya Federasiyası Sərhəd Qoşunlarının bölmələrinin daimi xidməti başlayıb.

“Marqara” sərhəd-keçid məntəqəsinin Ermənistan Respublikası Sərhəd Qoşunlarının tabeliyinə verilməsi o deməkdir ki, 2025-ci il martın 1-dən Ermənistana daxil olan və ölkədən çıxan bütün şəxslərə sərhəd nəzarəti müstəsna olaraq Ermənistan Sərhəd Qoşunları tərəfindən həyata keçiriləcək,” – Paşinyan qeyd edib.

Oxşar xəbərlər

Paşinyan Türkiyə ilə sərhəddə yerləşən keçid məntəqəsinə baş çəkib
Ermənistan Türkiyə ilə sərhəddəki “Marqara” Sərhəd-Buraxılış Məntəqəsinin tikintisini yekunlaşdırıb
KİV: Ermənistan-Türkiyə sərhədindəki keçid məntəqəsi martın 1-də açılacaq
Paşinyan Türkiyə ilə sərhədə gedib
Ermənistanın İran və Türkiyə ilə sərhədində erməni sərhədçiləri də keşik çəkəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər