Putin: ABŞ-nin yeni administrasiyası ilə ilk təmaslar müəyyən ümidlər doğurur
sizinxeber.az xəbər saytı

Putin: ABŞ-nin yeni administrasiyası ilə ilk təmaslar müəyyən ümidlər doğurur


ABŞ-nin yeni administrasiyası ilə ilk təmaslar müəyyən ümidlər doğurur.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Federal Təhlükəsizlik Xidmətinin kollegiya iclasında çıxışında bildirib.

Praqmatizm və real baxış nümayişi

Onun sözlərinə görə, ABŞ-nin hazırkı hakimiyyəti praqmatizm və hadisələrə real baxış nümayiş etdirir, stereotipləri və messianist ideoloji klişeləri rədd edir.

Putin qeyd edib ki, Rusiya ilə ABŞ arasındakı dialoq hamını qane etmir, ona görə də, onlar onu pozmağa çalışacaqlar.

Dialoq və xarici müdaxilə məsələsi

"Biz Qərb elitasının Rusiya Federasiyası ilə ABŞ arasında dialoqa müdaxilə etmək cəhdlərinin qarşısını almaq üçün diplomatiyanın və kəşfiyyat xidmətlərinin bütün imkanlarından istifadə etməliyik. Rusiya və ABŞ əməkdaşlığı bərpa etməyə hazırdır", - deyə Rusiya prezidenti vurğulayıb.

Rusiya və ABŞ əməkdaşlığının bərpası

Putin ölkəsinin heç vaxt Ukrayna böhranını sülh yolu ilə həll etməkdən imtina etmədiyini söyləyib.

Əlavə edib ki, Rusiya hərbçilər Ukraynadakı fəaliyyəti ilə əsas beynəlxalq problemlər üzrə dialoqun başlanmasına şərait yaradıblar.

Oxşar xəbərlər

Putin: Rusiya Ukraynadakı münaqişəyə son qoymaq üçün dialoq aparmağa hazırdır
Putin və Tramp arasında telefon danışığı planlaşdırılmır
Putin: Dünyanın Rusiyaya ehtiyacı var
Putin: Xəzərin dayazlaşması hamını narahat edir
Putin Trampın ilk açıqlamalarına münasibət bildirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle