Rusiyada antiterror rejimi zamanı vətəndaşların avtomobilləri müsadirə oluna bilinəcək
Rusiya Federasiya Şurası antiterror əməliyyatı rejimi çərçivəsində antiterror tədbirlərini təmin etmək üçün vətəndaşlara məxsus nəqliyyatdan istifadəni nəzərdə tutan qanunu təsdiqləyib.
Sizinxeber.az-nın Moskva müxbiri xəbər verir ki, qanun layihəsində Rusiya parlamentinin yuxarı palatasının bu gün keçirilən plenar iclasında baxılıb.
Dəyişikliklər “Terrorçuluğa qarşı mübarizə haqqında” qanunun antiterror əməliyyatlarının hüquqi rejiminin xüsusiyyətlərini müəyyən edən maddəsinə əlavələri nəzərdə tutur.
Antiterror əməliyyati rejiminin tətbiq olunduğu ərazilərdə mövcud qaydalara əsasən, əməliyyat müddətində insanların həyatı və ya sağlamlığı üçün real təhlükə yarandıqda mülkiyyət formasından asılı olmayaraq təşkilatlara, habelə fiziki şəxslərə məxsus nəqliyyat vasitələri və özüyeriyən maşınlardan “təcili tibbi yardıma ehtiyacı olan şəxslərin tibb müəssisələrinə çatdırılması, habelə terror aktı törətməkdə şübhəli bilinən şəxsləri zərərsizləşdirmək üçün istifadə edilməsinə icazə verilir.
Yeni qaydalar vətəndaşlara və təşkilatlara məxsus nəqliyyatdan terrorla mübarizə fəaliyyətinin təmin edilməsi üçün istifadə oluna biləcəyini müəyyən edir.
Oxşar xəbərlər
Rusiya Federasiyasının üç vilayətində antiterror əməliyyatı rejimi tətbiq edilib
İsrail qaçqınların sığındığı düşərgədə antiterror əməliyyatı keçirib
Gürcüstan DTX antiterror əməliyyatı keçirib, iki nəfər saxlanılıb
MN-in idarə rəisi: Antiterror əməliyyatında hərbi hissələrimiz böyük şücaət göstərdi
Antiterror əməliyyatı zamanı şəhid olan hərbi qulluqçuların məzarları ziyarət olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“Balaca Heydərin iki oğlu var” - Prezident
-
Azərbaycan Prezidenti: Son illərin tarixində ən böyük ədalətsizliklə biz üzləşmişdik
-
Oyun zamanı meydançada öldü
-
Dövlət başçısı: Şəhidlərimizi, Xocalı qurbanlarını, digər günahsız insanların həlak olmasını heç vaxt unuda bilmərik
-
Prezident: Ermənistana sanksiyalar tətbiq edilsəydi, əlbəttə, o, işğala son qoyardı
-
İlham Əliyev: Bu gün Ağdam rayonunda artıq həyat bərpa edilir












