Gürcüstan DTX antiterror əməliyyatı keçirib, iki nəfər saxlanılıb
Gürcüstanda Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) antiterror əməlliyyatı nəticəsində iki Gürcüstan vətəndaşı saxlanılıb.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, məlumatı DTX yayıb. Bildirilib ki, saxlanılanların evinə baxış zamanı döyüş sursatı, müxtəlif növ elektron cihazlar, pul və digər mühüm əşyalar da daxil olmaqla, istintaq üçün mühüm əhəmiyyət kəsb edən sübutlar müsadirə edilib. DTX-nın bəyanatında qeyd edilib ki, saxlanılan şəxslərinə baxış zamanı onların beynəlxalq terror təşkilatı ilə mümkün əlaqələrini təsdiqləyən müxtəlif sübutlar da götürülüb.
Faktla əlaqədar Gürcüstan Cinayət Məcəlləsinin terror təşkilatına qoşulma və terror fəaliyyətlərinə yardım etməni nəzərdə tutan maddəsi ilə istintaq aparılır.
Oxşar xəbərlər
Tbilisidə ötən gecə keçirilən etiraz aksiyasında 34 nəfər saxlanılıb
Tbilisidə müxalifətin etiraz yürüşündə iştirak edən 3 nəfər saxlanılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
-
Dünya Bankı Ukraynaya 3,4 milyard dollar ayıracaq
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
-
DÇ-2026: Kurasao - Fildişi Sahili oyununda ilk qol vurulub - YENİLƏNİR
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
