Lavrov Ər-Riyadda ABŞ nümayəndə heyəti ilə görüşün detallarını açıqlayıb
Rusiya xarici işlər naziri Sergey Lavrov Dövlət Dumasında keçirilən “Hökumət saatı”nda çıxış edərək Ər-Riyadda Amerika nümayəndə heyəti ilə görüşün detallarını açıqlayıb.
Sizinxeber.az-nın Moskva müxbiri xəbər verir ki, Lavrov Rusiya ilə ABŞ arasında münasibətlərin normallaşması istiqamətində hərəkətin başladığını bildirib.
Onun sözlərinə görə, ticarət və siyasətdə tərəfdaşlıq qurmaqdan ötrü şərait yaratmaq üçün "Bayden irsini təmizləmək" lazımdır: “Moskvanın Vaşinqtonla əlaqələrin bərpası üçün şərait yaratmaq istəyi var. Rusiya ümid edir ki, təhlükəsizlik və strateji sabitlik üzrə danışıqlar üçün şərait yaranacaq. Moskva və Vaşinqton perspektivli iqtisadi layihələrin qarşısında duran maneələrin aradan qaldırılmasında maraqlı olduqlarını bildirdilər”.
Lavrov vurğulayıb ki, Moskva və Vaşinqtonun milli maraqları heç vaxt tam üst-üstə düşməyəcək, lakin hər iki tərəf qarşılıqlı əməkdaşlıqdan faydalanmalıdır. “Milli maraqlardakı fərqlər qarşıdurmaya səbəb olmamalıdır. Biz Bayden administrasiyasının münasibətlərimizi apardığı uçurumun astanasından uzaqlaşmağa başlamışıq, lakin bunlar yalnız ilk addımlardır. Atmosfer müsbətdir, niyyətlər düzgündür, vəziyyətin bundan sonra necə inkişaf edəcəyini və hansı addımların atılacağını görəcəyik".
Rusiya XİN başçısı Ər-Riyadakı danışıqlarda Ukrayna mövzusuna xüsusi diqqət ayrıldığını söyləyib. Onun sözlərinə görə, görüşdə Moskva Vaşinqtonu Ukrayna böhranının əsas səbəblərini aradan qaldırmağa çağırıb.
“Kiyevi NATO-ya cəlb etməklə uzun illər Rusiyanın təhlükəsizliyi üçün yaradılmış təhdidləri nəzərə almaq lazımdır. ABŞ prezidenti Donald Tramp bu mövqeyi anlayır. Ukraynada Rusiya ilə əlaqəli hər şeyin məhv edilməsini, rus mədəniyyətinə və Rus Pravoslav Kilsəsinə qarşı təqibləri dayandırmaq lazımdır”, - Lavrov Moskvanı narahat edən məsələlərin ABŞ tərəfinin diqqətinə çatdırıldığını söyləyib.
Oxşar xəbərlər
Rəsmi Moskva Lavrov-Mirzoyan danışıqlarının bəzi detallarını açıqlayıb
ABŞ Rusiya və Ukraynada enerji obyektlərinə hücumlara moratorium tətbiq etməyi təklif edib
Lavrov Moskva ilə Tehran arasında imzalanacaq sazişin bəzi detallarını açıqlayıb
ABŞ və Rusiya Ukraynada münaqişənin həlli üçün danışıqlar qrupları yaratmaq barədə razılığa gəlib
ABŞ və Rusiya Ukraynadakı münaqişənin həlli üçün danışıqlar qrupları yaratmaq barədə razılığa gəlib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“Balaca Heydərin iki oğlu var” - Prezident
-
Oyun zamanı meydançada öldü
-
Bayramda işlədiklərinə görə kimlərə əlavə maaş ödənilir? - Hüquq müdafiəçisindən açıqlama
-
"YouTube"da 1 milyon izlənmə 5 500 dollar qazandırır - YouTuber açıqladı
-
“İsgəndər M” Şuşaya necə zərbə endirdi?” - İlham Əliyev
-
Emin Ağalarov Prezident İlham Əliyevin doğum günü ilə əlaqədar paylaşım edib












