Erməni batalyonu “Arbat”ın yaradıcısının öldüyü partlayışı Ermənistan vətəndaşı kamikadze törədib
Moskvada “Alıye Parusa” yaşayış kompleksində partlayış Ermənistan vətəndaşı olan kamikadze tərəfindən törədilib.
Sizinxeber.az-nın Rusiya bürosu xəbər verir ki, bu barədə "İzvestiya" nəşri məlumat yayıb.
Bildirilib ki, partlayıcı qurğu kamikadzenin bədəninə bərkidilmiş ola bilər. İddia edilir ki, bu, şübhəlinin Ukraynada döyüşən erməni batalyonu olan Arbatın qurucusu Armen Sarkisyanın yaşayış binasının foyesində liftdən çıxması zamanı partlatdığı MON-50 minası olub.
Hər ikisi partlayış nəticəsində həlak olub.
Nəşrin yazdığına görə, minanı əvvəllər məhkum olunmuş Ermənistan vətəndaşı partladıb.
Hazırda istintaq baş verənlərin bir neçə versiyasını, o cümlədən “Ukrayna izi” və Rusiyada tütün bazarının yenidən bölüşdürülməsini nəzərdən keçirir.
RBK-nın SPARK məlumat bazasına istinadən yazdığına görə, Sarkisyan tütün məmulatlarının topdan satışı ilə məşğul olan TKLAB şirkətinin ortaq sahibi olub.
Qeyd edək ki, fevralın 3-də "Alıye Parusa" yaşayış kompleksində baş vermiş partlayış nəticəsində iki nəfər ölüb, 4 nəfər yaralanıb.
Oxşar xəbərlər
Erməni batalyonu “Arbat”ın yaradıcısı Moskvadakı partlayışda ölüb - YENİLƏNİB-2
Ukraynada Rusiya tərəfində döyüşən erməni batalyonu “Arbat”ın yaradıcısı Moskvadakı partlayışda ağır yaralanıb - YENİLƏNİB 1
Kreml Moskvada Ukraynada döyüşən erməni batalyonun yaradıcısına sui-qəsdi şərh etməyib
Moskvada yaşayış kompleksində baş verən hadisənin səbəbi bəlli olub - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ilk hissə bitib - YENİLƏNİR-2
-
DÇ-2026: Yaponiya Tunisə böyük hesabla qalib gəlib - YENİLƏNİB-7
-
İran nümayəndə heyəti İsveçrəyə gedib
-
Bakıda verilən suyun həcmi müvəqqəti azaldılıb
