Qazaxıstanın aviaşirkəti "Astana - Yekaterinburq" üzrə reysləri dayandırıb
sizinxeber.az xəbər saytı

Qazaxıstanın aviaşirkəti "Astana - Yekaterinburq" üzrə reysləri dayandırıb


Qazaxıstanın “Qazaq Air” aviaşirkəti “Astana - Yekaterinburq” marşrutu üzrə reysləri 2025-ci il yanvarın 27-dək dayandırıb.

Sizinxeber.az-nın məlumatına görə, bu barədə şirkətin “Teleqram” kanalında məlumat veriliub.

Bildirilib ki, uçuşların bərpası mövcud risklərin qiymətləndeirilməsindən asılı olacaq.

Eyni zamanda şirkət sözügedən istiqamətə səyahət etməli olan sərnişinlərin uçuş biletlərinə ödədikləri vəsaitləri geri qaytaracağını da açıqlayıb.

Şirkətin rəsmi açıqlamasında risklərin qiymətləndirilmə meyarlarına cavab verməsi səbəbindən Omsk və Novosibirsk istiqamətlərinə uçuşların davam etdiriləcəyi bəyan edilib.

Xatırladaq ki, aviaşirkətlər bu addımı AZAL-ın təyyarəsinin qəzaya uğramasından sonra atıb.

Qəzadan sonra təyyarənin qalıqlarında zenit raketlərinin izlərinə bənzər əlamətlərin əks olunduğu görüntülər yayılıb.

Oxşar xəbərlər

İsrail aviaşirkəti Azərbaycan təyyarəsinin qəzaya uğramasından sonra Moskvaya uçuşları dayandırıb
AZAL Bakıdan Təl-Əvivə və əks istiqamətdə reysləri dayandırıb
İsrail aviaşirkəti təyyarə qəzası səbəbindən Moskvaya uçuşları dayandırıb
Kazan aeroportu PUA hücumuna görə reysləri dayandırıb
AZAL Rusiyanın bir sıra şəhərlərinə uçuşları dayandırıb - SİYAHI

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər