Rusiya Xarkova raket zərbəsi endirib, 6 nəfər xəsarət alıb - YENİLƏNİB
Rusiya səhər saatlarından etibarən Ukraynanın bir neçə regionunu “Kalibr” raketləri və “Shahed” pilotsuz uçuş aparatları (PUA) ilə hədəfə alıb.
Sizinxeber.az-nın məlumatına görə, bu barədə “unian” ölkənin Hərbi Hava Qüvvələrinə istinadən xəbər yayıb.
Bildirilib ki, əsasən Xarkov, İvano-Frankosvk, Çernovtsı, Çerniqov, Vinnitsa, Xmelnitsk, Kremençuq, Krivoy Roq, Poltava və Kirovoqraq istiqamətlləri zərbələrin təsirinə məruz qalıb.
Eyni zamanda raket zərbələri Kamenskoye şəhərində sığınacağı da hədəfə alıb.
Hələlik silsilə xarakterli hadisələrin təfərrüatları açıqlanmayıb. Silsilə hadisələrdən sonra yuxarıda göstərilən ərazilərə elektrik enerjisi və təbii qazın verilişi dayandırılıb.
10:29
Rusiyanın səhər saatlarında Xarkova raket zərbəsi nəticəsində ikisi ağır olmaqla, 6 nəfər xəsarət alıb.
Sizinxeber.az “unian”a istinadən xəbərinə görə, bu barədə vilayətin Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbov məlumat verib.
O əsasən Saltovsk, Kiyevsk və Nemışlyansk rayonlarının hədəfə alındığını söyləyib.
Oxşar xəbərlər
Rusiya qüvvələri Kiyevdə F-16 pilotlarının təlim keçdiyi obyektlərə raket zərbəsi endirib
Rusiya Ukraynanın F-16 qırıcılarını gizlətdiyi anqara zərbə endirib
Rusiya hərbi aviasiyası Ukraynanı bombalayıb, çox sayda ölən və yaralananlar var
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
GTA 6 üçün ön-sifariş rəsmi şəkildə açıldı
-
DÇ-2026: Son tura start verilir
-
DÇ-2026: Mərakeş - Haiti qarşılaşmasında ikinci hissə başlayıb - YENİLƏNİR-6
-
İsrail yeni lazer silahını təqdim etdi: 60 saniyədə 30 hədəf məhv edilir
-
Tusk: Polşanın müdafiə xərcləri ÜDM-in təxminən 7 %-nə çatıb
-
ABŞ Türkiyəyə 700 milyon dollar dəyərində qırıcı təyyarə mühərrikləri satmaq niyyətindədir
