Rusiya hərbi aviasiyası Ukraynanı bombalayıb, çox sayda ölən və yaralananlar var
Rusiya hərbi aviasiyasının Lvov, Krivoy Roq və Odessaya raket atəşi nəticəsində səhər saatlarına olan məlumata görə, təkcə Lvovda azyaşlılar da daxil olmaqla 5 nəfər ölüb, 35 nəfər yaralanıb.
Sizinxeber.az-nın “UNIAN”a istinadən xəbərinə görə, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski bildirib.
O deyib ki, hazırda həlak olan və xəsarət alanların sayı dəqiqləşdirilir. V.Zelenski yaralılara zəruri tibbi yardım göstərildiyini sözlərinə əlavə edib.
Ukrayna liderinin sözlərinə görə, ölkəsinə zəruri hərbi dəstək verən ölkələr insanların həyatını xilas etməyə ciddi töhfələr verir. O eyni zamanda ölkəsinə qarşı törədilən terrorun dayandırılmalı olduğunu bəyan edib.
Lvov şəhərinin meri Andrey Sadovıy isə ölənlərinin sayının 7-yə çatdığını açıqlayıb.
Baş verənlərlə bağlı Lvovun bir neçə istiqamətində elektrik enerjisi təchizatı dayandırıldığı üçün qatarların hərəkətində ləngimələr yaranıb.
Hər üç istiqamətə aviasiya hücumlarında “Tu-95MS” qırıcılarından da istifadə olunduğu bildirilib.
Oxşar xəbərlər
Rusiya ballistik raketlərlə Ukraynanı vurub, Zelenski 41 nəfərin öldüyünü bildirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Zelenski: Tərəfdaşlarımız bizə məhdudiyyətsiz silah verməlidirlər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Zelenski: Kurskda hərbi komendantlıqlar yaradılacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiya ordusu Sumı şəhərini bombalayıb, yaralılar var [xfgiven_updateblue][/xfgiven_updateblue]
Zelenski: Ukrayna raket və PUA istehsalını artıracaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












