Ukrayna PUA-larla Kazandakı yaşayış binalarına hücum edib, yanğın başlayıb - VİDEO - YENİLƏNİB 1
Kazan şəhərinə hücum ümumilikdə 8 pilotsuz uçuş aparatı (PUA) ilə törədilib.
APA xəbər verir ki, bu barədə “Baza” teleqram kanalı məlumat yayıb.
Bildirilib ki, hücum zamanı Kamaleev prospekti, Klara Setkin, “Yukozinskaya”, Hadi Taktaş, “Krasnaya Pozisiya” və “Orenburqski trakt” küçələrindəki binalar hədəfə alınıb.
***
10:47
Ukrayna PUA-larının Tatarıstan paytaxtındakı üç yaşayış binasına hücumundan sonra ərazidə Operativ Qərargah yaradılıb.
APA xəbər verir ki, bu barədə məlumatı TASS yayıb.
Hadisədən dərhal sonra əhalinin hücumların baş verdiyi yaşayış kompeksindən təxliyəsinə başlanılıb.
Yerli hakimiyyət sakinlərin qida və isti geyimlə də təmin olunacağını bildirib.
***
10:30
Ukrayna pilotsuz uçuş aparatları ilə Kazan şəhərindəki hündürmərtəbəli binalara hücum edib.
APA-nın TASS-a istinadən xəbərinə görə, hücümlar 50 dəqiqəlik intervalla törədilib. Hadisədən dərhal sonra hər üç tikilidə yanğın başlayıb.
“Baza” teleqram kanalı isə yazıb ki, şəhərin müxtəlif ərazilərinə də PUA-larla hücumlar törədilib.
Hadisənin təfərrüatları hələlik açıqlanmır.
Məlumatda bildirilib ki, Tatarıstanın rəisi Rüstəm Minnixanov və digər məsul şəxslər hadisə yerinə gəlib.
Oxşar xəbərlər
Ukrayna PUA-larla Kazandakı yaşayış binalarına hücum edib, yanğın başlayıb - VİDEO - YENİLƏNİB
Ukrayna PUA-larla Rusiya ərazisinə hücum edib
Rusiya MN: Ötən sutka 171 Ukrayna PUA-sı məhv edilib
KİV: İran Rusiyanın Ukraynadakı müharibəsi üçün yeni PUA hazırlayıb
Ukrayna Moskvaya kütləvi dron hücumu edib, 32 PUA vurulub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin










