Ukrayna PUA-larla Kazandakı yaşayış binalarına hücum edib, yanğın başlayıb  - VİDEO - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Ukrayna PUA-larla Kazandakı yaşayış binalarına hücum edib, yanğın başlayıb - VİDEO - YENİLƏNİB


Ukrayna PUA-larının Tatarıstan paytaxtındakı üç yaşayış binasına hücumundan sonra ərazidə Operativ Qərargah yaradılıb.

Sizinxeber.az xəbər verir ki, bu barədə məlumatı TASS yayıb.

Hadisədən dərhal sonra əhalinin hücumların baş verdiyi yaşayış kompeksindən təxliyəsinə başlanılıb.

Yerli hakimiyyət sakinlərin qida və isti geyimlə də təmin olunacağını bildirib.

***

10:30

Ukrayna pilotsuz uçuş aparatları ilə Kazan şəhərindəki hündürmərtəbəli binalara hücum edib.

Sizinxeber.az-nın TASS-a istinadən xəbərinə görə, hücümlar 50 dəqiqəlik intervalla törədilib. Hadisədən dərhal sonra hər üç tikilidə yanğın başlayıb.

“Baza” teleqram kanalı isə yazıb ki, şəhərin müxtəlif ərazilərinə də PUA-larla hücumlar törədilib.

Hadisənin təfərrüatları hələlik açıqlanmır.

Məlumatda bildirilib ki, Tatarıstanın rəisi Rüstəm Minnixanov və digər məsul şəxslər hadisə yerinə gəlib.

Oxşar xəbərlər

Ukrayna PUA-larla Adıgeyə hücum edib, hərbi aerodrom vurulub
Ukrayna PUA-larla Rusiya ərazisinə hücum edib
Bakıda yaşayış binasının yanğın baş verib
Xırdalanda baş verən yanğın söndürülüb - FOTO - VİDEO - YENİLƏNİB-1
Abşeronda yaşayış kompleksində yanğın olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər