KİV: İran Rusiyanın Ukraynadakı müharibəsi üçün yeni PUA hazırlayıb
İran Rusiyanın Ukraynadakı müharibəsi üçün yeni hücum pilotsuz uçuş aparatı (PUA) hazırlayıb.
APA "Sky News"a istinadən xəbər verir ki, bu barədə məlumatlı mənbə bildirib.
"Shahed-107 "partlayıcı və kəşfiyyat" pilotsuz uçuş aparatı kimi təsvir edilən PUA-nın ehtimal ki, Ukrayna qüvvələri tərəfindən istifadə edilən Britaniya və Amerikanın çoxburaxılışlı raket sistemləri kimi döyüş hədəflərini axtarmaq üçün texnologiya ilə təchiz edildiyi qeyd olunur.
Mənbə "Sky News"a bildirib ki, dəyəri 2 milyon dollardan çox olan sövdələşmədə Rusiyaya xüsusi hazırlanmış pilotsuz uçuş aparatının "bir neçə hissəsi" təklif olunub.
Mənbə bildirib ki, bu, İranın Rusiyanın Ukrayna ilə bağlı maraqlarını dəstəkləmək üçün vacib güc layihələndirmə fəaliyyətini əks etdirir.
Məlumatlı təhlükəsizlik mənbəsi Tehranın Moskvanı yerüstü raketlərlə təmin etməyə yaxın olduğunu iddia edib.
Xatırladaq ki Ukrayna və Qərb ölkələri daha əvvəl Tehranı Moskvaya “Şahed-131” və “Şahed-136” kimi tanınan və hədəflərə uçaraq partladıqları üçün “intiharçı dronları” adlandırılan yüzlərlə PUA ilə təmin etməkdə ittiham edib.
Oxşar xəbərlər
Ukrayna Rusiyanın sonuncu genişmiqyaslı hava hücumları ilə bağlı BMT TŞ-ə müraciət edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bayden: "Ukraynadakı münaqişə NATO-nu təhdid edir" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Borrell: "Aİ ölkələri ABŞ-nin Qırmızı dənizdəki əməliyyatına qoşulacaq" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Blinken: "Putin amansız işğalçı müharibəsini davam etdirir" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rişi Sunak: Putinin qalib gəlməsinə imkan verməyəcəyik [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












