Rusiya Prezidenti Yaxın Şərq məsələsini Ərdoğanla müzakirə edir
“Biz Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla təmasdayıq, Yaxın Şərq məsələsini müzakirə edirik”.
APA xəbər verir ki, bunu ənənəvi mətbuat konfransında Rusiya Prezidenti Vladimir Putin söyləyib.
“Türkiyənin Yaxın Şərqlə bağlı mövqeyi bizə, bizim mövqeyimiz də onlara məlumdur. Bu məsələ BMT-nin “iki dövlət” prinsipi əsasında həll olunmalıdır. İsrail dövləti yaradılıb, Fələstin dövləti isə faktiki olaraq yox. Həmin məsələnin yeganə həll yolu məhz bundan keçir”.
Rusiya dövlət başçısı bildirib ki, Türkiyənın PKK ilə uzun onilliklər tarixi olan problemi mövcuddur: "Ümid edirəm ki, Türkiyədə PKK İlə bağlı vəziyyət gərginləşməyəcək". "Ərdoğanla daimi təmasdayıq. Biz əlbəttə ki, Yaxın Şərqdəki, Livan, Suriyadakı vəziyyəti müzakirə etmişik. Ərdoğanın Yaxın Şərqdəki vəziyyətlə bağlı mövqeyi yaxşı məlumdur. Bizim də mövqeyimiz hər kəsə məlumdur".
"Türkiyə öz təhlükəsizlik problemlərini həll etməlidir. Biz beynəlxalq hüququn tərəfdarıyıq, o cümlədən Suriya məsələsində. Rusiya Suriyanın ərazi bütövlüyünə hörmətlə yanaşır və bu məsələdə Suriyanın yeni hakimiyyət orqanlarının tərəfindədir. Rusiya Suriyanın istənilən ərazisinin ələ keçirilməsini pisləyir".
Fərid Azəri
Fərid Əkbərov
Oxşar xəbərlər
Putin: Yaxın Şərq tammiqyaslı müharibənin astanasındadır
Tramp Yaxın Şərq məsələsini Rusiya-Ukrayna münaqişəsindən daha asan adlandırıb
Putin gələn ilin əvvəlində Ərdoğanla görüşməyi planlaşdırır
Putin Qərbə xəbərdarlıq edib: Rusiya gərginliyə hazırdır
Ərdoğan və Putin Suriyadakı vəziyyəti müzakirə ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













