Pezeşkianın Rusiyaya səfərinə hazırlıq davam edir
İran prezidenti Məsud Pəzeşkianın Rusiyaya səfərinə hazırlıq davam edir.
Sizinxeber.az-nın Moskva müxbiri xəbər evrir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, İran prezidentinin Rusiyaya səfəri prezident Vladimir Putinin ilin sonuna qədərki qrafikində yer almayıb.
“Lakin Pəzeşkianın Rusiyaya səfərinə hazırlıq davam edir, çünki Moskva və Tehran hərtərəfli strateji tərəfdaşlıq sazişinin imzalanmasını gecikdirmək niyyətində deyil. Tərəflər həqiqətən sazişin imzalanmasını gecikdirmək niyyətində deyillər. Bununla belə, hazırda ilin sonuna qədər belə bir səfərin baş tutacağına dair dəqiq bir anlayış yoxdur. Qrafikdə bu səfər yoxdur. Lakin zərurət yaranarsa, bu cür təmaslar çox tez razılaşdırıla bilər. Ancaq belə bir səfər hazırlanır, buna hazırlıq gedir", - deyə Kreml nümayəndəsi qeyd edib.
Oxşar xəbərlər
Kreml Putinin Türkiyəyə səfərinə hazırlığın təfərrüatını açıqlamayıb
Kreml İranın Rusiyaya raket tədarükü ilə bağlı yayılan məlumatlara münasibət bildirib
İran Prezidenti Rusiyaya səfər edəcək
Kreml İranın Rusiyaya yaxın mənzilli raketlər göndərməsi ilə bağlı yayılan məlumatları yalan adlandırıb
Kreml Baydenin Ukraynanın Rusiyaya uzaqmənzilli raket zərbələrinə icazə verməsinə dair məlumatlara münasibət bildirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
-
Qazaxıstan və Avropa tərəfdaşları süni intellekt, elm və kosmik texnologiyalarının inkişafını razılaşdırıblar
-
İnternet informasiya ehtiyatının fəaliyyətinin müvəqqəti məhdudlaşdırılacağı yeni hallar müəyyənləşir
-
2040-cı ilə qədər Füzulidə 50 min nəfərin yaşaması nəzərdə tutulur
-
Ankarada terrorla mübarizə çərçivəsində 209 nəfər saxlanılıb
