Putin: Rusiyaya qarşı Qərbin uzaqmənzilli silahlarından istifadə edilib
Vladimir Putin Rusiya Federasiyasına qarşı Qərbin uzaqmənzilli silahlarından istifadə edildiyini açıqlayıb.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Putin xalqa müraciətində bildirib.
Onun sözlərinə görə, Rusiya Federasiyasının Bryansk və Kursk vilayətlərindəki hərbi obyektləri Qərb raketləri ilə hücuma məruz qalıb.
Putin qeyd edib ki, Qərb raketlərinin Rusiya Federasiyasına hücumundan sonra Ukraynada münaqişə qlobal xarakter alıb.
O, Rusiya Silahlı Qüvvələrinin ABŞ və Britaniya silahlarının Rusiyaya hücumlarına cavab olaraq Ukraynanın müdafiə sənayesi obyektlərinə zərbələr endirdiyini söyləyib.
Putin vurğulayıb ki, Ukraynanın "Yujmaş" zavodu nüvəsiz hipersəs ballistik raketləri ilə vurulub.
Oxşar xəbərlər
Putin xalqa müraciət edib
Kreml Baydenin Ukraynanın Rusiyaya uzaqmənzilli raket zərbələr endirməsinə icazə verməsinə dair məlumatlara münasibət bildirib
Putin Rusiyanın hadisələrin istənilən inkişafına hazır olduğuna şübhə edənlərə xəbərdarlıq edib
Kreml Baydenin Ukraynanın Rusiyaya uzaqmənzilli raket zərbələrinə icazə verməsinə dair məlumatlara münasibət bildirib
Putin: Rusiyaya qarşı uzaqmənzilli silahlardan istifadə NATO-nun döyüşlərdə birbaşa iştirakı anlamına gələcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













