Rusiya XİN: KXDR ilə Strateji Tərəfdaşlıq Sazişi Avrasiyada sabitləşdirici rol oynamağa hesablanıb
sizinxeber.az xəbər saytı

Rusiya XİN: KXDR ilə Strateji Tərəfdaşlıq Sazişi Avrasiyada sabitləşdirici rol oynamağa hesablanıb


Rusiya Federasiyası ilə KXDR arasında Strateji Tərəfdaşlıq Sazişi Avrasiya qitəsində sabitləşdirici rol oynamağa hesablanıb.

APA-nın Moskva müxbiri xəbər verir ki, Rusiya xarici işlər naziri Sergey Lavrov Şimali Koreya xarici işlər naziri Çoi Sonq Hi ilə görüşündə bildirib.

Onun sözlərinə görə, Rusiya Federasiyası və KXDR liderləri arasında sazişlər xalqların və bütövlükdə Avrasiya qitəsinin mənafeyi naminə artıq praktiki olaraq həyata keçirilməyə başlayıb: "Rusiya Federasiyası ilə KXDR arasında Strateji Tərəfdaşlıq Sazişi əsasında bütün sahələrdə əməkdaşlıq inkişaf edir. Moskva və Pxenyan arasında Strateji Tərəfdaşlıq haqqında Müqavilə güclü hüquqi bazadır, onun əhəmiyyəti hər gün artır".

Lavrov Rusiyanın KXDR-ə Ukrayna ətrafındakı vəziyyətlə bağlı mövqeyinə görə minnətdar olduğunu söyləyib.

Rusiya XİN başçısı qeyd edib ki, Koreya yarımadasında vəziyyət ABŞ-nin intriqaları ucbatından təlatümlü vəziyyətdədir.

Görüşdə çıxış edən Çoi Sonq Hi KXDR-in Rusiya ordusunun qələbə qazanacağına, Pxenyanın Moskvanın yanında möhkəm dayanacağına şübhə etmədiyini söyləyib. "Xüsusi əməliyyatın lap əvvəlində Kim Çen In göstəriş vermişdi ki, KXDR ardıcıl və güclü şəkildə Rusiya ordusuna və Rusiya xalqına onların müqəddəs müharibəsində dəstək və yardım göstəriləcək. Ölkələrimiz arasında ikitərəfli münasibətlər son bir neçə ildə görünməmiş yüksək səviyyəyə çatıb", - deyə KXDR XİN başçısı vurğulayıb.

Oxşar xəbərlər

Putin KXDR ilə Strateji Tərəfdaşlıq haqqında Müqavilənin ratifikasiyası layihəsini Dumaya təqdim edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Şimali Koreyanın XİN başçısı Rusiyaya səfər edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Duma Moskva ilə Pxenyan arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında sazişi ratifikasiya edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Şimali Koreya xarici işlər naziri Moskvada səfərdədir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiya və Şimali Koreya XİN başçıları görüşəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər