Rusiya qoşunları Ukraynanın Donetsk vilayətinin Selidova şəhərini tam nəzarətə götürüb
sizinxeber.az xəbər saytı

Rusiya qoşunları Ukraynanın Donetsk vilayətinin Selidova şəhərini tam nəzarətə götürüb


Rusiya qoşunları Ukraynanın Donetsk vilayətinin Selidova şəhərini tam nəzarətə götürüb.

Sizinxeber.az-nın Moskva bürosu xəbər verir ki ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Rusiya ordusu Pokrovski istiqamətində Selidovonu tamamilə azad edib.

Qeyd edək ki, Selidovo Donetskdən 44 km, Pokrovskdan 20 km məsafədə yerləşən böyük yaşayış məntəqəsidir. ️2022-ci ildə Selidovoda 21,5 min nəfər qeydiyyatda olub. Bu şəhərdə "Ukrayna" və "Kuraxovskaya" kömür mədənləri yerləşir.

Selidovonun nəzarətə götürülməsinin Rusiya Silahlı Qüvvələrinin irəliləyən qrupunun cinahlarını təmin edəcəyi və Ukrayna Silahlı Qüvvələrinin Mirnoqrad və Pokrovskda - Kiyevin Donbassdakı müdafiə və logistika mərkəzlərində həyatını daha da çətinləşdirəcəyi bildirilib.

Oxşar xəbərlər

Rusiya ordusu Ukraynanın Uqledar şəhərini nəzarətə götürüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Donetskin Krasnıy Yar yaşayış məntəqəsi Rusiya ordusunun nəzarətinə keçib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiya müdafiə naziri Donetskin Uqledar şəhərinin nəzarətə götürülməsini Putinə məruzə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiya ordusu Kursk vilayətində 10-a yaxın yaşayış məntəqəsini azad edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiya MN: Ukrayna Belqorod şəhərini kasetli mərmiləri olan raketlərlə vurub [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər