Estoniya Ukraynaya 510 min avrodan çox vəsait ayırıb
sizinxeber.az xəbər saytı

Estoniya Ukraynaya 510 min avrodan çox vəsait ayırıb


Estoniya Rusiyanın ölkənin enerji infrastrukturunun təxminən 80 faizini məhv etməsindən sonra Ukraynanın qışa hazırlaşması üçün 510 min avrodan çox vəsait ayırıb.

APA xəbər verir ki, bu barədə “ERR” məlumat yayıb.

Xarici İşlər Nazirliyi Ukraynada fəaliyyət göstərən strateji humanitar yardım tərəfdaşları Mondo və Estoniya Qaçqınlar Şurasına 513 660 avro verib.

Mondo və Estoniya Qaçqınlar Şurasına ayrılan vəsaitlərlə onlar Xarkovda məcburi köçkünlər üçün sığınacaqların təmiri və izolyasiyası, Xarkov və Dnepropetrovsk vilayətlərindəki 17 sığınacağı istilik cihazları ilə təmin edilməsi eyni zamanda Gürcüstandakı ukraynalı qaçqınların qış xərclərini ödənilməsin təmin edəcəklər.

“Bu ilin əvvəlindən Rusiya sistematik olaraq Ukraynanın enerji infrastrukturunu məhv edib”, - Estoniyanın Ukraynadakı səfiri Anneli Kolk açıqlamasında bildirib.

Kolk əlavə edib ki, Rusiyanın hücumları davam edərkən, Ukrayna işıqsız, istiliksiz və susuz çox çətin qışa doğru gedir.

Oxşar xəbərlər

Estoniya Rusiya ilə sərhəddə gömrük nəzarətini gücləndirir
Aİ Ukraynaya humanitar yardım üçün 40 milyon avro ayırıb
Hollandiya Ukraynaya 88 milyon avro ayırıb
Estoniya Ukraynada dron əleyhinə sistemlər istehsal edəcək
Ravil Qaynutdin növbəti beş il müddətinə Rusiya müsəlmanlarının ali müftisi seçilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər