KTMT-nin hərbi təlimlərinin aktiv mərhələsi başa çatıb
sizinxeber.az xəbər saytı

KTMT-nin hərbi təlimlərinin aktiv mərhələsi başa çatıb


Qırğızıstanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının “Birgə fəaliyyət-2024”, “Axtarış-2024”, eləcə də “Eşelon-2024” hərbi təlimlərinin aktiv mərhələsi yekunlaşıb.

APA-nın xəbərinə görə, bu barədə qurumun rəsmi saytında məlumat verilib.

Bildirilib ki, Rusiya, Qırğızıstan, Belarus, Qazaxıstan və Tacikistanın iştirak etdiyi təlimlərdə şərti düşmənin sərhədboyu ərazilərdə möhkəmlənməsinin qarşısının alınması istiqamətində manevrlər icra edilib, pilotsuz uçuş aparatları, qırıcılar, eləcə də hava desantı, eləcə də digər hərbi birləşmə və vasitələrdən istifadə edilib.

Hərbi manevrlərdə döyüş əməliyyatlarının aparılması, şərti düşmənin məhv edilməsi üzrə əməliyyatın yekunlaşması məqsədilə hava və desantından istifadə, qoşun növlərinin şərti düşmənin hava zərbələrindən qorunması, eləcə də hərbi əməliyyatların nəticələrinin aradan qaldırılması üzrə tapşırıqlar icra olunub.

Oxşar xəbərlər

KTMT-nin hərbi təlimlərinin aktiv mərhələsi başlayıb
Ermənistan KTMT-nin “Qarşılıqlı fəaliyyət-2024” təlimlərindən də imtina edib
Azərbaycan komandoları şərti düşmənin müvəqqəti sığınacaqlarını zərərsizləşdirib - FOTO
Hava Hücumundan Müdafiə Qoşunlarının taktiki-xüsusi təlimi keçirilir - VİDEO
Hava hücumundan müdafiə bölmələri S-300 “Favorit” zenit-raket kompleksləri ilə təlim keçirib - VİDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər