Hasil Abbasov: Yarmarkalar daha çox əmək bazarındakı tələbi öyrənmək üçün platformadır
Yarmarkalar daha çox əmək bazarında müxtəlif peşə və ixtisaslara olan tələbi öyrənmək üçün platformadır.
Bunu Ağdaşda təşkil olunan "Region Gənclərinin Məşğulluq forumu" çərçivəsində "Sizinxeber.az"un Yuxarı Şirvan bürosuna açıqlamasında Dövlət Məşğulluq Agentliyinin sədri Hasil Abbasov deyib.
Onun sözlərinə görə, qeyd olunan forum region gənclərinin əmək bazarı haqqında məlumatlılığının artırılmasında mühüm rol oynayacaq:
"İnanıram ki, Ağdaşdan başlayan bu təşəbbüs ölkənin hər yerinə yayılacaq və əmək bazarının inkişafına töhfə verəcək. Ümumiyyətlə, əmək yarmarkalarının təşkilində məqsəd işaxtaranların iş tapmalarına dəstək olmaq və işəgötürnlərin ən uğurlu namizədləri seçə bilmələrinə imkan yaratmaqdır. Eyni zaçmanda, yarmarkalar həm də daha çox əmək bazarında müxtəlif peşə və ixtisaslara olan tələbi öyrənmək üçün platformadır. Bundan başqa, əmək yarmarkalarında təklif olunan vakansiyaların reallığı ƏMAS sistemində mütləq yoxlanılır".
Oxşar xəbərlər
Laçın və Şuşada əmək yarmarkaları təşkil ediləcək
Azərbaycanda ən çox tələb olunan beş peşə müəyyənləşib
İİTKM: İşəgötürənlərlə işaxtaranların qarşılıqlı əlaqəsi sadələşdirilib
Azərbaycandakı məşğulluq mərkəzlərində işlə təmin olunan şəxslərin sayı açıqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
