Putin: Favoritimiz Bayden idi, amma onun tövsiyəsinə uyğun olaraq Harrisi dəstəkləyəcəyik
sizinxeber.az xəbər saytı

Putin: Favoritimiz Bayden idi, amma onun tövsiyəsinə uyğun olaraq Harrisi dəstəkləyəcəyik


Rusiya ABŞ-də keçirilən prezident seçkilərində Kamala Harrisi dəstəkləyəcək.

APA-nın Rusiya bürosu xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Vladivostok İqtisadi Forumunun plenar iclasında çıxışında bildirib.

Onun sözlərinə görə, ABŞ-də prezidentlik yarışında Rusiyanın favoriti Co Bayden olub: "Demişdim ki, bizim favoritimiz belə demək mümkünsə, indiki prezident cənab Bayden idi. O, yarışdan kənarlaşdırıldı, lakin bütün tərəfdarlarını xanım Harrisi dəstəkləməyə təşviq etdi. Ona görə də biz də bunu edəcəyik, ona dəstək olacağıq".

Putin qeyd edib ki, Tramp Rusiyaya qarşı indiyədək heç bir prezidentin tətbiq etmədiyi qədər məhdudiyyət və sanksiyalar tətbiq edib. "Əgər xanım Harris üçün hər şey yaxşı gedirsə, bəlkə o, bu cür hərəkətlərdən çəkinər", - deyə Rusiya Prezidenti vurğulayıb.

Oxşar xəbərlər

Putin: Rusiya Ukrayna ərazisindən qaz tranzitindən imtina etmir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Putin: Durovun Bakıda olduğunu bilmirdim, istəyirdisə, Moskvada görüşə bilərdik [xfgiven_updateblue][/xfgiven_updateblue]
Putin: Hərdən mənə elə gəlir ki, Ukraynanı yadplanetlilər idarə edir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Putin: Rusiya SQ vəziyyəti sabitləşdirib, düşməni sərhəd ərazilərindən sıxışdırıb çıxarmağa başlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Putin: Qərb öz hərəkətləri ilə ölkələri dollardan imtina etməyə sövq etdiyini başa düşür [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər