“İskəndər-M” şirkətinin baş konstruktoru Oleq Mamalıqa vəfat edib
“İsgəndər-M” raket sisteminin baş konstruktoru Oleq Mamalıqa 91 yaşında vəfat edib. APA xəbər verir ki, bu barədə High-Precision Complexes holdinqi məlumat yayıb.
“Təəssüflə bildiririk ki, “İsgəndər-M” raket sisteminin baş konstruktoru Oleq İvanoviç Mamalıqa 92 yaşında vəfat edib. Oleq İvanoviç bütün əmək fəaliyyətini Kolomna Maşınqayırma Konstruktor Bürosunda işləməyə həsr edib. O, Silah və hərbi texnikanın, o cümlədən ilk sovet tank əleyhinə sistemlərinin (“Şmel”, “Malyutka”), taktiki (“Toçka”) və əməliyyat-taktiki raket sistemlərinin (“Oka”, “Oka-U”, “İskəndər-M”)” hazırlanmasında iştirak edib” - holdinqin Telegram kanalında deyilir.
Mamalıqa 1933-cü il aprelin 4-də hərbçi ailəsində anadan olub. Məktəbi qızıl medalla bitirdikdən sonra raket mühəndisi olmaq üçün imtahansız Leninqrad Hərbi Mexanika İnstitutuna daxil olub. 1957-ci ildə Kolomnadakı Xüsusi Konstruktor Bürosuna (indiki Tədqiqat və İstehsalat Korporasiyası "Maşınqayırma Layihə Bürosu") baş konstruktor təyin edilib.
Oxşar xəbərlər
"YouTube"un keçmiş CEO-su vəfat edib
“Hizbullah” İsrail ərazisini raket atəşinə tutub
Həsrət Cəfərov: Vətənə medalla qayıtdığıma görə çox sevincliyəm
"Hizbullah" İsrailin şimalındakı yaşayış məntəqələrinə 50-dən çox raket atıb
Zurabişvili hakim partiyanı “gürcü kabusu” adlandırıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













