Zurabişvili hakim partiyanı “gürcü kabusu” adlandırıb
sizinxeber.az xəbər saytı

Zurabişvili hakim partiyanı “gürcü kabusu” adlandırıb


Gürcüstan Prezidenti Salome Zurabişvili hakim “Gürcü Arzusu” partiyasını “gürcü kabusu” adlandırıb.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, Salome Zurabişvili Fransa mətbuatına müsahibəsində oktyabrda keçiriləcək parlament seçkilərinin hakim “Gürcü Arzusu” partiyasından “qurtulmaq” baxımından həlledici olacağını, partiyanın “gürcü arzusu deyil, gürcü kabusu” olduğunu deyib.

O, Gürcüstan üçün Avropa yoluna, azadlıq və müstəqilliyin möhkəmlənməsinə xidmət etməyən hər şeyin kabus olduğunu əlavə edib.

Prezident Rusiyanın Gürcüstanla bağlı siyasətinin artıq fərqli olduğunu, təbliğat və öz qanununun qəbul edilməsi üçün rəsmilərə təzyiq göstərməklə rusiyalıların Gürcüstana kütləvi köçü kimi vasitələrlə “hibrid müharibə” strategiyasını mənimsədiyini deyib.

Oxşar xəbərlər

Azərbaycan, Türkiyə, Gürcüstan müdafiə nazirlərinin görüşü keçiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
XI Qlobal Bakı Forumu başa çatıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Fransa Ukraynaya 150 PUA və altı "Caesar" haubitsası göndərməyi planlaşdırır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türkiyə və Ermənistanın xüsusi nümayəndələri görüşəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrailin müdafiə naziri: “2024-cü il “müharibə və qələbə ili” olacaq” [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər