Putin Zelenski ilə görüş haqqında danışıb
Kiyevin Rusiya Federasiyası ilə sammit tələbi Ukrayna birləşmələrinin həyata keçirdiyi açıq terror aktları fonunda qəribə səslənir.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin hökumət üzvləri ilə keçirdiyi iclasda bildirib.
O qeyd edib ki, Kiyev Rusiyada dinc infrastruktura hücumlar həyata keçirir və eyni zamanda hərbi əməliyyatları 30, hətta 60 gün müddətinə dayandırmağı xahiş edir, ən yüksək səviyyədə görüşün keçirilməsini xahiş edir. "Bəs bu şəraitdə belə görüşlər necə keçirilə bilər? Nədən danışmaq olar?" deyə Putin sual verib.
"Ümumiyyətlə, terrora "stavka" edənlərlə kim danışıqlar aparır? Terrorçularla? Hərbi əməliyyatlara möhlət verməklə onları nəyə görə cəsarətləndirmək lazımdır ki?", Rusiya prezidenti vurğulayıb.
Prezident Vladimir Putin Bryansk və Kursk vilayətlərində baş verən terror aktlarından sonra Ukrayna ilə sammitin keçirilməsi və atəşkəsin təşkili imkanlarını şübhə altına alıb. O, hücumları dinc əhaliyə qarşı "məqsədyönlü zərbə" adlandırıb.
Oxşar xəbərlər
Rusiya Prezidenti Vladimir Putin "Oreşnik"i köhnə silah adlandıranlara cavab verib
Putin: Rusiya Ukraynadakı münaqişəyə son qoymağa çalışır
Putin: Rusiya Federasiyası Ukraynadakı münaqişəyə son qoymağa çalışır
Putin: Rusiya Ukrayna ilə bağlı danışıqlar masasına qayıtmağa hazırdır
Putin: Rusiya Ukraynadakı münaqişəyə son qoymaq üçün dialoq aparmağa hazırdır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
Tramp Qətərin ona bağışladığı nəhəng təyyarəni göstərdi - Video
