Naxçıvan Mərkəzi Seçki Komissiyasının sədri, müavini və katibi seçilib
Naxçıvan Mərkəzi Seçki Komissiyasının sədri, müavini və katibi seçilib.
"Report"un yerli bürosu xəbər verir ki, noyabrın 16-da Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının yeni tərkibdə ilk iclası keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin noyabrın 16-da keçirilən iclasında Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının yeni tərkibi təsdiqlənib. Bundan sonra Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının inzibati binasında yeni tərkibin ilk iclası keçirilib. Asim Əliyev Komissiyanın yeni tərkibdə ilk iclasını açıq elan edib və Çingiz Həsənli yekdilliklə Mərkəzi Seçki Komissiyasının sədri seçilib.
Ç.Həsənli qeyd edib ki, Komissiya bundan sonrakı fəaliyyətində də Ali Məclisə seçkilərin demokratik prinsiplər əsasında keçirilməsi və vətəndaşların seçki hüquqlarının qorunması üçün lazımi addımları atacaq, qanunvericiliyin tələblərini, dövlətimizin və dövlətçiliyimizin maraqlarını əsas götürəcək.
Sonra Ramil Orucəliyev Mərkəzi Seçki Komissiyası sədrinin müavini, Orxan Bağırov isə Mərkəzi Seçki Komissiyasının katibi seçilib.
Oxşar xəbərlər
Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının yeni tərkibdə ilk iclası keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının sədri vəfat edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Naxçıvan Ali Məclisinin növbədənkənar sessiyası çağırılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Naxçıvanda deputatlığa namizədlərə xəbərdarlıq edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Naxçıvan Ali Məclisinin payız sessiyası başlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
İki şəhid anası: "Onlar haqqında danışanda Leyla xanım kövrəlib ağladı"
-
Prezident İlham Əliyev Daşkənddə "Gələcəyin İrsi" Beynəlxalq Mükafatının təqdimat mərasimində iştirak edib












