Kreml: Putin və Ermənistan baş nazirinin müavininin Astanada ayrıca görüşü planlaşdırılmır
Rusiya prezidenti Vladimir Putin və Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan arasında Astanada ayrıca görüş planlaşdırılmır.
Sizinxeber.az-nın Moskva bürosu xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Putin və Qriqoryan istəsələr, Avrasiya İqtisadi İttifaqı sammiti çərçivəsində danışa bilərlər.
Peskov qeyd edib ki, Rusiya hələlik Ermənistandan tərəvəzlərinin idxalına qoyulan qadağa ilə bağlı cavab almayıb.
Qeyd edək ki, Rosselxoznadzor 30 may tarixindən etibarən Ermənistandan pomidor, xiyar, bibər, göyərti və çiyələk idxalına qadağa qoyduğunu açıqlayıb. Bundan əvvəl isə Rusiya Ermənistandan bir sıra spirtli içkilərin, o cümlədən "Cermuk" mineral suyunun və güllərin idxalını məhdudlaşdırıb.
Oxşar xəbərlər
Kreml: Sankt-Peterburqda Putin və Paşinyan arasında ayrıca görüş planlaşdırılmır
Peskov: Sankt-Peterburqda Putin və Paşinyan arasında ayrıca görüş planlaşdırılmır
Rəsmi Moskva Ermənistandan bəzi məhsulların idxalına qadağa qoyulmasının məqsədini açıqlayıb
Kreml: Putin və Ərdoğan arasında telefon danışığı planlaşdırılmır
Rusiya Ermənistandan meyvə-tərəvəz məhsullarının idxalını məhdudlaşdırır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Buna görə milyonlarla insan işini itirə bilər - Putin
-
Bu şəxslərə pensiyanın 30 faizi qaytarıla bilər – Vacib açıqlama
-
Pensiyaya çıxmaq istəyən qadınlara mühüm XƏBƏR: Nələr dəyişir?
-
ABŞ Ebola şübhəsi olan vətəndaşları üçün Keniyada karantin mərkəzi yaradır
-
Finlandiya Ukrayna üzrə danışıqlar masasında Avropaya yer verməyə çağırıb
-
Amerikalı nazirdən İrana xəbərdarlıq: Vaşinqtonun səbri sonsuz deyil
