Kreml Putin-Tramp danışığının detallarını açıqlayıb
Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında dördüncü telefon danışığı 1 saat 10 dəqiqə davam edib.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib.
Onun sözlərinə görə, Putin və Tramp telefon danışığına Ukrayna ətrafındakı vəziyyəti müzakirə etməklə başlayıblar.
"Putin İstanbulda keçirilən danışıqların nəticələrindən ətraflı danışaraq, onları faydalı adlandırıb, Trampa Kiyevin Rusiya-Ukrayna danışıqlarını pozmaq cəhdləri barədə danışıb.
Rusiya Prezidenti danışıqlar zamanı Kiyevin mülki hədəflərə istiqamətlənmiş hücumlarından danışıb. Tramp Putinə təsdiqləyib ki, ABŞ Kiyevin Rusiya aerodromlarına zərbələr endirmək planlarından xəbərsiz olub. Tərəflər Rusiya və Ukrayna arasında memorandum layihəsinin mətnlərini müzakirə etməyiblər", - deyə Uşakov vurğulayıb.
Onun sözlərinə görə, Putin və Tramp ölkələr arasında böyük potensiala malik əməkdaşlığın bərpası perspektivləri barədə fikir mübadiləsi aparıblar.
Prezidentlər fikir mübadiləsini müsbət və məhsuldar adlandırıblar.
Kreml rəsmisi əlavə edib ki, liderlər Ukrayna üzrə ən yüksək səviyyədə və digər kanallar vasitəsilə təmasları davam etdirmək barədə razılığa gəliblər.
Oxşar xəbərlər
Kreml Putin-Tramp telefon danışığının bəzi detallarını açıqlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Putin və Tramp arasında telefon danışığı başa çatıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Putin: Kiyevin hücumları İstanbulda danışıqları pozmaq məqsədi daşıyırdı [xfgiven_updateblue][/xfgiven_updateblue]
Donald Tramp və Vladimir Putin arasında telefon danışığı baş tutub [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Washington Post": Tramp Putinlə telefon danışığı aparıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













