Ukrayna Rusiyada aeronaviqasiya binasına dron zərbəsi endirib, 13 aeroport mayın 12-dək bağlanıb - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Ukrayna Rusiyada aeronaviqasiya binasına dron zərbəsi endirib, 13 aeroport mayın 12-dək bağlanıb - YENİLƏNİB


Rusiyanın cənubundakı hava limanlarında uçuşlar mayın 12-dək dayandırılıb.

APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyi-Rosaviasiya məlumat yayıb.

Agentlik bu müddətin qısaldıla biləcəyini də açıqlayıb.

***

10:32

Ukrayna ordusu “Cənubi Rusiya Aeronaviqasiyası” filialının inzibati binasına dron zərbəsi endirib.

APA xəbər verir ki, bu barədə Rusiya Nəqliyyat Nazirliyi məlumat yayıb.

Hücum nəticəsində Rusiyanın cənubunda 13 hava limanının fəaliyyəti dayandırılıb.

“Həştərxan, Vladikavkaz, Volqoqrad, Gelencik, Qroznı, Krasnodar, Mahaçqala, Maqas, Mineralnıye Vodı, Nalçik, Soçi, Stavropol və Elista aeroportlarının fəaliyyəti müvəqqəti dayandırılıb”, - məlumatda deyilir.

Bildirilib ki, hazırda mütəxəssislər avadanlıqların işlək vəziyyətini qiymətləndirir və uçuş cədvəllərində düzəlişlər aparırlar.

Oxşar xəbərlər

Ukrayna Rusiyada aeronaviqasiya binasına dron zərbəsi endirib, 13 aeroportun fəaliyyəti dayandırılıb
Rusiyada bu binaya hücum edildi, 13 hava limanı bağlandı
Rusiyada 13 hava limanının işi PUA hücumu səbəbindən dayandırılıb
Rusiyanın cənub bölgələrinin hava limanları mayın 12-dək bağlı qalacaq - YENİLƏNİB
Rusiyanın cənubundakı hava limanlarında uçuşlar mayın 12-dək dayandırılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər