Rusiyanın cənub bölgələrinin hava limanları mayın 12-dək bağlı qalacaq - YENİLƏNİB
Rusiya Federasiyasının cənub bölgələrinin hava limanları, pilotsuz uçuş aparatlarının (PUA) "Cənubi Rusiyanın Aeronaviqasiyası" binasına düşməsindən sonra mayın 12-dək bağlı olacaq.
"Report" xəbər verir ki, bu barədə Rusiya KİV-ləri "Rosaviasiya"nın bəyanatına istinadən xəbər verir.
Qurumda eyni zamanda qeyd ediblər ki, müvafiq sərəncam daha tez ləğv edilə bilər.
"Rosaviasiyanın əvvəllər buraxdığı cənub hava limanlarına uçuşların mayın 12-dək dayandırılması barədə sənəd (NOTAM) müddətin qısaldılması istiqamətində yenidən nəzərdən keçirilə bilər" - bəyanatda qeyd olunub.
Ukrayna Silahlı Qüvvələrinin pilotsuz uçuş aparatının (PUA) "Aeronaviqasiya"nın inzibati binasına düşməsi səbəbindən Rusiyanın cənubundakı 13 hava limanının fəaliyyəti dayandırılıb.
"Report" xəbər verir ki, bu barədə Rusiya KİV-ləri RF Nəqliyyat Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
"Rusiyanın cənubunda hava hərəkətini idarə edən Rostovdakı regional mərkəzin fəaliyyəti Ukrayna PUA-larının "Cənubi Rusiyanın Aeronaviqasiyası" filialının inzibati binasına düşməsi səbəbindən müvəqqəti olaraq tənzimlənib", - məlumatda deyilir.
Məlumata görə, "Cənubi Rusiyanın Aeronaviqasiyası" filialının heyəti təhlükəsiz yerdədir. Hazırda avadanlığın işləmə qabiliyyətinin təhlili aparılır.
Oxşar xəbərlər
Rusiyada 13 hava limanının işi PUA hücumu səbəbindən dayandırılıb
Rusiyada bu binaya hücum edildi, 13 hava limanı bağlandı
Rusiyanın bir sıra hava limanlarında uçuş məhdudiyyətləri ləğv edilib - YENİLƏNİB
Rusiyanın bir sıra hava limanları fəaliyyətlərini dayandırıb
Rusiyanın üç hava limanı fəaliyyətini dayandırıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
