Paşinyan Putini Vaşinqton görüşü barədə məlumatlandırıb
sizinxeber.az xəbər saytı

Paşinyan Putini Vaşinqton görüşü barədə məlumatlandırıb


Rusiya Prezidenti Vladimir Putinin Ermənistan Baş naziri Nikol Paşinyanla telefon danışığı olub.

APA Kremlə istinadən xəbər verir ki, telefon danışığı Ermənistan tərəfinin təşəbbüsü ilə baş tutub.

Nikol Paşinyan avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Tramp və Azərbaycan Prezidenti İlham Əliyevlə görüşünün nəticələri barədə ətraflı məlumat verib.

Vladimir Putin İrəvan və Bakı arasında davamlı sülhün təmin olunmasına töhfə verən addımların vacibliyini qeyd edib.

Rusiya tərəfinin "2020-2022-ci illərdə ən yüksək səviyyəli üçtərəfli razılaşmalara – Ermənistan-Azərbaycan münasibətlərinin hərtərəfli normallaşmasına, o cümlədən regionda nəqliyyat kommunikasiyalarının blokdan çıxarılmasına kömək etməyə hazır olduğu" təsdiqlənib.

Vladimir Putin öz növbəsində, ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff ilə görüşünün əsas nəticələrindən və Alyaskada Donald Tramp ilə görüşə hazırlıqdan danışıb.

Ermənistanın Baş naziri Ukrayna böhranının sülh yolu ilə həllinə yönəlmiş addımları alqışlayıb.

Avrasiya İqtisadi İttifaqı çərçivəsində ticarət-investisiya əməkdaşlığının və qarşılıqlı fəaliyyətin daha da inkişaf etdirilməsinə vurğu edilib, ikitərəfli gündəliyin bəzi aktual məsələlərinə toxunulub.

Oxşar xəbərlər

Putin Azərbaycana səfər təəssüratları barədə Paşinyanı məlumatlandırıb - YENİLƏNİB
Donald Tramp və Vladimir Putin arasında telefon danışığı baş tutub
Nikol Paşinyan Vladimir Putinlə görüşmək üçün Kremlə gəlib - VİDEO
Putin Azərbaycana səfər təəssüratları barədə Paşinyanı məlumatlandırıb
Moskvada Vladimir Putinlə Nikol Paşinyan arasında ikitərəfli görüş keçirilib - VİDEO - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle