Almaniyada "Hells Angels" əməliyyatı: 67 nəfər saxlanıldı, lider həbs olundu
Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətində Hells Angels qruplaşmasına qarşı genişmiqyaslı əməliyyat keçirilib. Əməliyyat zamanı 67 nəfər saxlanılıb, qrupun lideri Erhan B. həbs edilib.
Sizinxeber.az xəbər verir ki, 1200 polis əməkdaşının iştirak etdiyi reydlər zamanı 55 ünvana eyni vaxtda baxış keçirilib. Hüquq-mühafizə orqanları təxminən 250 min avro dəyərində əmlaka da əl qoyub.
İstintaqın Leverkusen şəhərində fəaliyyət göstərən qrup rəhbərinin bir şəxsdən 100 min avro zorla tələb etməsi iddiası əsasında başladığı bildirilir. Şikayətə əsasən, zərərçəkənə borc bəhanəsi ilə təzyiq göstərilərək sənədlər imzalatdırılıb.
Araşdırma zamanı qruplaşmanın digər cinayət əməllərinə də qarışdığı üzə çıxıb. Onların hədələmə, zor tətbiqi və silahlı hücum kimi hallarda iştirak etdiyi qeyd olunur.
Əməliyyat çərçivəsində saxlanılan şəxslərdən biri olan Erhan B. cinayətkar dəstəyə üzvlük və hədə-qorxu ilə pul tələb etmə maddələri ilə həbs edilib.
Qeyd edək ki, təşkilatın keçmiş rəhbəri Necati Arabacı əməliyyatla əlaqəsinin olmadığını və illər əvvəl qruplaşmadan ayrıldığını açıqlayıb.
Oxşar xəbərlər
Teyani Reynders "Mançester Siti"ni tərk edə bilər - "Real Madrid" namizədlər arasındadır
Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 10 vaqon gübrə göndərilib
"Haber Global" İlham Əliyevin İrəvandakı tədbirdə çıxışı ilə bağlı süjet hazırladı
Apreldə Bakı və Abşeronda temperatur 21 gün normadan yuxarı olub
"Cəhənnəm Necati"nin adamları saxlanıldı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
Britaniyada iki qatar toqquşub, 89 nəfər yaralanıb
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
