Teyani Reynders "Mançester Siti"ni tərk edə bilər - "Real Madrid" namizədlər arasındadır
sizinxeber.az xəbər saytı

Teyani Reynders "Mançester Siti"ni tərk edə bilər - "Real Madrid" namizədlər arasındadır


İngiltərənin "Mançester Siti" klubunun yarımmüdafiəçisi Teyani Reynders yay transfer pəncərəsində komandanı tərk edə bilər.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, niderlandlı futbolçu son dönəmlər əsas heyətdə yerini itirib. Bu səbəbdən onun klubdan ayrılması ilə bağlı iddialar getdikcə daha da güclənir.

27 yaşlı oyunçuya maraq göstərən əsas klublardan biri İspaniyanın "Real Madrid" komandasıdır. Madrid təmsilçisi yarımmüdafiə xəttini gücləndirmək üçün alternativlər axtarır.

Bildirilir ki, "Mançester Siti" futbolçunun transferi üçün təxminən 58 milyon avro tələb edəcək. Xatırladaq ki, klub Reyndersi ötən yay "Milan"dan təxminən 55 milyon avroya transfer etmişdi.

Cari mövsümdə Pep Guardiolanin rəhbərlik etdiyi komandada Reynders 45 oyuna çıxıb, 7 qol vurub və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Oxşar xəbərlər

"Mançester Siti" yayda İspaniya klubunun futbolçusunu transfer etməyi düşünür
"Real" "Mançester Siti"nin futbolçusunu 200 milyon avroya ala bilər
"Real" klubu "Mançester Siti"nin yarımmüdafiəçisini transfer siyahısına salıb
KİV: Erlinq Holann "Real"ın maraq dairəsindədir
"Mançester Siti" futbolçusunu 40 milyon avroya satmağa razıdır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər